''Milan''ın yeni transferi
''Milan'' heyətini yeni futbolçu ilə gücləndirib.
Sporline.az xəbər verir ki, İtaliya klubu ''Tottenhem''dən Emerson Royalı heyətinə qatıb.
Yeni mövsümdə çempionluğu hədəfləyən ''Milan'' bu transfer üçün qarşı tərəfə 15 milyon avro ödəyəcək.
Qeyd edək ki, 3 mövsüm ''Tottenhem''in şərəfini qoruyan sağ cinah müdafiəçisi 101 oyunda 4 qol 2 asistlə yadda qalıb.