Milli 30 oyundur ki, məğlub olmur

Futbol üzrə Əlcəzair millisi məğlubiyyətsiz oyunlar seriyası ilə bağlı rekordunu yeniləyib.

Sportline.az OPTA-ya istinadən xəbər verir ki, 2022-ci il dünya çempionatının Afrika zonası üzrə seçmə mərhələ görüşündə evdə Nigeri 6:1 hesabı ilə darmadağın edən yığma 30 matçdır uduzmur.

Qeyd edək ki, Camel Belmadinin başçılıq etdiyi kollektiv hazırda 7 xalla qrup lideridir.