Milli komandanın AÇ-nin təsnifat mərhələsindəki oyunlarının vaxtı açıqlanıb

Kişi həndbolçulardan ibarət Azərbaycan milli komandasının 2026-cı il Avropa çempionatının ilkin təsnifat mərhələsindəki oyunlarının vaxtı məlum olub. 

Sportline.az xəbər verir ki, komandamız "Bakı İdman Sarayı"nda keçiriləcək yarışa yanvarın 13-də yerli vaxtla saat 17:00-da Malta seçməsinə qarşı oyunla start verəcək.

Həndbolçularımız yanvarın 14-də saat 17:00-da Böyük Britaniya seçməsi ilə qarşılaşacaqlar.

Yanvarın 15-i saat 15:00-da isə  millimiz Kipr kollektivi ilə oyuna çıxacaq.