Milli komanda Avropa çempionatına hazırlaşır

Həndbol üzrə 2026-cı il Avropa çempionatının ilkin təsnifat mərhələsində çıxış edəcək kişilərdən ibarət Azərbaycan milli komandası məşqlərə başlayıb.

Sportline.az xəbər verir ki, “AHF Arena”da təşkil olunan hazırlıq prosesinə 16 idmançı qatılıb.
Məşqlər seçmə komandanın baş məşqçisi Nasser Salimi və onun köməkçisi Rəşad Hüseynovun rəhbərliyi ilə həyata keçirilir.
Dekabrın 8-dən etibarən Gürcüstana yollanacaq millimiz növbəti təlim-məşq toplanışını qonşu ölkədə keçirəcək.

Dekabrın 16-dək davam edəcək hazırlıq çərçivəsində “Dostluq” turnirinin təşkili də nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan millisi təsnifat mərhələsinə yanvarın 13-də Malta seçməsi ilə oyunla start verəcək.

Ertəsi gün Böyük Britaniya komandası ilə görüşəcək həndbollçularımız yanvarın 15-də Kipr kollektivi ilə üz-üzə gələcəklər.