Milli komanda beynəlxalq turnirə qatılacaq

24 yaşadək kişilərdən ibarət həndbol millimiz Gürcüstan paytaxtında keçiriləcək beynəlxalq yarışa qatılacaq.

Sportline.az xəbər verir ki, komandamız inkişaf etməkdə olan ölkələrin həndbol turnirində, Çin, Böyük Britaniya, Kolumbiya, Kuba və Hindistan seçmələri ilə eyni qrupda mübarizə aparacaq.

Digər qrupda isə, Gürcüstan, Bolqarıstan , İrlandiya, ABŞ, Nigeriya və Malta milliləri yer alıblar. Qeyd edək ki, iyunun 7-də Tiflisdə başlanacaq beynəlxalq yarışa iyunun 17-də yekun vurulacaq.