Milli komanda İslamiadaya hazırlığı davam etdirir

V İslam Həmrəyliyi Oyunlarına qatılacaq qadın həndbolçulardan ibarət milli komandamız avqustun 9-dan 18-dək Türkiyənin Konya şəhərində təşkil olunacaq yarışa ciddi hazırlaşır.
Sportline.az xəbər verir ki, mükafatlara namizədlərdən sayılan qadınlardan ibarət millimiz hazırlıq prosesi çərçivəsində Gürcüstanda təlim-məşq toplanışı keçib. Tbilisidə yerli komanda ilə iki yoxlama oyununu qələbə ilə başa vuran həndbolçularımız iyunun 27-dən hazırlığı Bakıda davam etdirirlər.

Komanda iyulun 12-dən 19-dək  Tbilisidə növbəti təlim-məşq toplanışına qatılacaq. 
Hazırlığa iyulun 23-dən avqustun 1-dək Göygöl Olimpiya Kompleksində sonuncu təlim- məşq toplanışı ilə  yekun vurulacaq.