Milli komanda məhəllə futbolu oynadı
AFFA-nın facebook səhifəsinə daxil olmuş müraciət əsasında Bakı şəhəri, Xətai rayonundakı məhəllələrin birində AFFA tərəfindən səyyar futbol meydançası quraşdırılaraq məhəllə sakinlərinin ixtiyarına verilib. SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki Futzal üzrə Azərbaycan milli komandasının üzvləri səyyar meydançada uşaqlarla futbol oynayıb, xatirə şəkilləri çəkdiriblər.