Milli komanda məşqə başladı
AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Avstriya və İsveçlə oyunlara hazırlaşan Azərbaycan millisi Bakıda təlim-məşq toplanışına başlayıb.
Sportline.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi komanda “Dalğa Arena”da hazırlaşır.
Milliyə dəvət alan legioner futbolçular hələlik düşərgəyə qoşulmayıb. Hazırlıqda yalnız ölkə daxilində çıxış edən oyunçular iştirak edirlər.
Xatırladaq ki, seçmə komanda Avstriya ilə martın 24-də, İsveçlə ayın 27-də səfərdə qarşılaşacaq.