Milli komanda mübarizəni dayandırdı

Kişi həndbolçulardan ibarət milli komandamız 2022-ci ildə Macarıstan və Slovakiyada təşkil olunacaq Avropa çempionatının ilkin təsnifat mərhələsində mübarizəni başa vurub. 

Sportline.az xəbər verir ki, “B” qrupunun Maltada təşkil olunan oyunlarında, komandamızın rəqibləri Kipr, Gürcüstan və ev sahibi - Malta kollektivi olub.

 Yanvarın 11-də Kiprlə qarşılaşan həndbolçularımızın startı uğursuz alınıb -  17:25.

 Ertəsi gün Gürcüstanla görüşən komandamız, bərabər mübarizə şəraitində keçən qarşılaşmanın sonlarında rəqibin fərqlənməsinə mane ola bilməyib - 25:30.

Yanvarın 13-də isə həndbolçularımız Malta seçməsi ilə üz-üzə gəliblər. Kospikua şəhərinin “Kottonera Sports Kompleks” arenasında keçirilən oyun gərgin mübarizə ilə yadda qalıb. İlk hissəni 16-11 hesabı ilə başa vuran Azərbaycan millisi qalan vaxtda da üstünlüyü əldən verməyərək, 27:24 hesablı qələbə qazanıb.

Qeyd edək ki, 2022-ci il Avropa çempionatının növbəti təsnifat mərhələsinə qrup qalibi olan Kipr komandası yüksəlib.