Milli komandamız AÇ-nin təsnifat turnirini başa vurdu

Kişi həndbolçulardan ibarət milli komandamız 2026-cı il Avropa çempionatının ilkin təsnifat mərhələsində mübarizəni başa vurub. Sportline.az xəbər verir ki. həndbolçularımız “Bakı İdman Sarayı”nda keçirilən yarışın son günündə Kipr kollektivi ilə qarşılaşıblar. İlk oyunda Maltaya qalib gəlib, ardınca Böyük Britaniya seçməsinə uduzan milli komanda qrupda ikinci yeri tutmaq üçün mütləq qələbə qazanmalı idi. Kipr həndbolçuları isə 27 top fərqli qələbə ilə qrupdakı mübarizəni lider kimi bitirə bilərdilər. Gərgin mübarizə ilə yadda qalan oyunda 32:23 hesabı ilə qələbə çalan  Kipr seçməsi təsnifat yarışını 2-ci, Azərbaycan millisi 3-cü pillədə başa vurub.  Görüşün ən yaxşı oyunçularına xüsusi mükafatlar, həmçinin turnirin iştirakçı komandalarına AHF-nin xatirə hədiyyələri təqdim olunub.

Günün digər matçında Böyük Britaniya komandası Malta seçməsinə 44:14 hesabı ilə qalib gəlib. Beləliklə, yarışın nəticələrinə əsasən, iki qələbə və 1 heç-heçə ilə aktivinə 5 xal yazdıran Böyük Britaniya kollektivi eyni xala malik Kipr millisini topların nisbətinə görə qabaqlayaraq Avropa çempionatının növbəti təsnifat mərhələsinə lider kimi vəsiqə qazanıb.