Milli komandamız Danimarkaya qarşı

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası DÇ-2023-ün seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək. Sportline.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda “ASK Arena”da Danimarka millisi ilə qarşılaşacaq.

Saat 20:00-da başlanacaq oyunu Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.

Azərbaycan millisi qrupdakı ilk oyunda Rusiyaya uduzub – 0:2.

Komandamızın yer aldığı E qrupunda Danimarka və Rusiya ilə yanaşı, Bosniya və Herseqovina, Malta və Monteneqro komandaları mübarizə aparır. 

 

DÇ-2023-ün seçmə mərhələsi

E qrupu

21 sentyabr

20:00. Azərbaycan – Danimarka

Baş hakim: Zuzana Valentova (Slovakiya).