Milli komandamız İslamiadada inamlı qələbə çalıb

Qadın həndbolçulardan ibarət milli komandamız İslam Həmrəyliyi Oyunlarında növbəti qələbəsini qazanıb.

Sportline.az xəbər verir ki, həndbolçularımız Konya Səlçuklu Bələdiyyəsi Beynəlxalq İdman kompleksində keçirilən yarışın qrup mərhələsinin ikinci görüşündə Əfqanıstan seçməsi ilə qarşılaşıblar. Oyunun ilk hissəsi millimizin böyük hesablı üstünlüyü ilə yekunlaşıb - 20:4. Rəqib üzərində aşkar üstünlüyü ikinci hissədə də davam etdirən komandamız 23:5 hesabı ilə qalib gəlib. Ümumi hesabda 43:9 hesabı ilə üstün olan həndbolçularımız qrupun ikinci görüşündə parlaq qələbə qazanıblar.

Milli avqustun 11-də İran kollektivi ilə üz-üzə gələcək. Xatırladaq ki, ilk turda Kamerun seçməsi oyuna çıxmadığından millimizin aktivinə qələbə yazılıb.