Milli komandamız İtaliyaya yollanır

17 yaşadək qızlardan ibarət milli həndbol komandaları arasında, 2019-cu il Avropa çempionatının təsnifat oyunları keçiriləcək.

Sportline.az xəbər verir ki, Azərbaycan seçməsi B qrupunda İtaliya, Belarus, Polşa və Şimali Makedoniya kollektivləri ilə mübarizə aparacaq.

A qrupunda isə, Çexiya, Türkiyə, İslandiya, Kosovo və İsrail milliləri yer alıblar.

Qrup mərhələsində ilk iki yeri tutan kollektivlər yarımfinalda turnirin qalibini müəyyənləşdirəcəklər.

Qeyd edək ki, yarış avqustun 3-dən 11-dək İtaliyada təşkil olunacaq.

Həndbolçularımız avqustun 1-də oyunların keçiriləcəyi Linyano Sabbyadoro şəhərinə yola düşəcəklər.