Milli komandamız Rusiyaya yollanıb

İyul ayının 21-də start veriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalı böyük həyəcan və səbirsizliklə gözlənilir.

Sportline.az xəbər verir ki, yarışın proqramına daxil edilən idman növlərindən biri də həndboldur. Azərbaycan bu idman növü üzrə həm oğlanların, həm də qızların turnirində təmsil olunacaq.

Hər iki komandamız festivala ciddi hazırlaşır. Proqrama uyğun olaraq, ölkədaxili və xarici təlim-məşq toplanışları, həmçinin müxtəlif turnirlərə qatılan həndbolçularımız, iyul ayına kimi funksional və taktiki hazırlığın pik nöqtəsinə çatmağı hədəfləyiblər.

Oğlanlardan ibarət U-16 komandamız, bu məqsədlə Rusiyanın Tolyatti şəhərinə yollanıb. Həndbolçularımız iyunun 1-dən 7-dək davam edəcək turnirdə yerli komandalarla oyunlarda bacarıqlarını göstərəcəklər.