Milli komandanın İslamiadadakı rəqibləri müəyyənləşdi

V İslam Həmrəyliyi Oyunlarına qatılacaq Azərbaycanın kişi və qadın həndbolçularının rəqibləri bəlli olub.

Sportline.az xəbər verir ki, İslamiada da çıxış edəcək kişilərdən ibarət millimizin 7 ölkənin (Səudiyyə Ərəbistanı, Qətər, İraq, Türkiyə, İran, Azərbaycan və Mərakeş) mübarizə aparacağı yarışdakı rəqibləri dəqiqləşib.

Komandamız püşkün nəticəsinə əsasən Türkiyə və İran milliləri ilə B qrupunda qüvvəsini sınayacaq.

İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək qadınlardan ibarət millimiz isə püşkün nəticəsinə əsasən İran, Əfqanıstan və Kamerun yığmaları ilə B qrupunda qüvvəsini sınayacaq.

Qadınların yarışında A qrupunda Özbəkistan, Türkiyə, Seneqal, Banqladeş və Qətər milliləri mübarizə aparacaqlar.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları avqustun 9-dan 18-dək Türkiyənin Konya şəhərində keçiriləcək.