Milli komandanın rəqibində yeni baş məşqçi
UEFA Millətlər Liqasında millimizin rəqiblərindən olan Qazaxıstan seçməsinin yeni baş məşqçisi bəlli olub.
Sportline.az “sportradar”a istinadən xəbər verir ki, Qazaxıstan millisi hazırda Karaqanda “Şaxtyor”una rəhbərlik edən Məhəmməd Adiyevə tapşırılacaq.
Adiyev bu postda Andrey Karpoviçi əvəzləyəcək. 45 yaşlı mütəxəssis “Akjayık”ə 0:1 hesabı ilə uduzduqları 7-ci tur oyunundan sonra klub rəhbərliyi ilə bu məsələ barədə görüşüb.
Qeyd edək ki, Azərbaycan millisi Qazaxıstanla oyunlarını iyunun 3-də səfərdə, sentyabrın 25-də evdə keçirəcək.