Milli Ukrayna seçməsinə uduzdu

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün ilk oyununu keçirib.

Sportline.az xəbər verir ki, Ukrayna komandası ilə qarşılaşan futbolçularımız 0:4 hesabı ilə məğlub olublar.

Millimiz növbəti oyununu aprelin 25-də Rumıniya komandasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.