Millidə dəyişiklik

Avro-2024-ün seçmə mərhələsinin II turunda Azərbaycanla qarşılaşacaq İsveç millisinin heyətində dəyişiklik edilib.

Sportline.az xəbər verir ki, "Malyorka"da çıxış edən müdafiəçi Lüdviq Auqustinsson zədə səbəbindən millidən kənarlaşdırılıb. Bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb. Onun əvəzinə İngiltərə "Uotford"undan Ken Sema milliyə cəlb olunub.

Sabah keçiriləcək İsveç - Azərbaycan oyunu saat 22:45-də başlayacaq.

 

 

Banner