Millidə kapitanlığa 3 namizəd
Uqo Lyoris Fransa millisindəki karyerasını başa vurduğunu açıqladıqdan sonra kapitanlığa 3 namizəd seçilib.
Sportline.az xəbər verir ki, baş məşqçi Didye Deşam həmin futbolçulardan birini yeni kapitan kimi təqdim edəcək.
Namizədlər müdafiəçi Rafael Varan və hücumçular Kilian Mbappe ilə Antuan Qrizmanndır.
Qeyd edək ki, Uqo Lyoris 2008-2022-ci illərdə formasını geyindiyi Fransa yığmasının heyətində keçirdiyi 145 oyunla rekordçudur.