Millidə yeni müqavilə

Rusiyalı baş məşqçi Məhəmməd Adiyevin Qazaxıstan millisindəki taleyinə aydınlıq gəlib.

Sportline.az yerli mətbuata istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis Qazaxıstan Futbol Federasiyası ilə müqavilənin müddətini uzadıb.

Yeni sözləşmənin təfərrüatı açıqlanmayıb.

Qeyd edək ki, Qazaxıstan UEFA Millətlər Liqasında Azərbaycan yığmasının yer aldığı qrupda 13 xalla lider olub və B Liqasına yüksəlib. Azərbaycan millisi 10 xalla ikinci yeri tutub.