Millimiz Avropa çempionatında 3-cü yeri tutub
Azərbaycanın yunan-Roma güləşçiləri U-20 Avropa çempionatında 3-cü yeri tutub.
Sportline.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında qitə birinciliyinə yollanan millimiz 4 medal qazanıb.
İsmayıl Rzayev (82 kq) gümüş, Tural Əhmədov (60 kq), Məhəmməd Şükürzadə (63 kq) və Ruslan Nurullayev (72 kq) isə bürünc medal əldə edib.
Yekunda 93 xal toplayan yığmamız komanda hesabında 3-cü olub.
Türkiyə (123) birinci, Gürcüstan (116) isə ikinci yeri tutub.