Millimiz Avropa Oyunları ilə vidalaşdı

Polşada keçirilən 3-cü Avropa Oyunlarında qılıncoynatmanın şpaqa növü üzrə kişilər arasında komanda yarışlarına start verilib.

Sportline.az xəbər verir ki, Kənan Əliyev, Barat Quliyev və Ruslan Həsənovdan ibarət Azərbaycan millisi 1/8 finala vəsiqə uğrunda Estoniya ilə qarşılaşıb.

Rəqibinə 41:43 hesabı ilə məğlub olan komanda mübarizəni dayandırıb.