"Millimiz Avstriyada dəstəksiz qalmayacaq"
"Milli komanda Avstriya ilə oyunda dəstəksiz qalmayacaq".
Bunu Sportline.az saytına açıqlamasında AFFA-nın hazırda milli komanda ilə Avstriya olan mətbuat katibi Firuz Abdulla deyib.
Onun sözlərinə görə həmyerlilərimiz Avstriya - Azərbaycan görüşünə biganə deyillər: "Avropanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız oyuna maraq göstərirlər. Dəqiq sayı demək çətindir, amma millimizin dəstəksiz qalmayacağını söyləmək olar.
Həm fərdi qaydada, həm də qrup şəklində oyunu izləmək istəyən azarkeşlərimiz var".
Qeyd edək ki, AÇ:2024-ün seçmə mərhələsinin Linz şəhərinin “Raiffeisen Arena” stadionunda keçiriləcək Avstriya - Azərbycan görüşü sabah Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.