Millimiz Bosniyaya qarşı
17 yaşadək qadın futbolçulardan ibarət milli komanda bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyuna çıxacaq.
Sportline.az xəbər verir ki, millimiz ikinci oyununu qrup mərhələsinə ev sahibliyi edən Bosniya və Herseqovinaya qarşı keçirəcək.
Bakı vaxtı ilə saat 17:00-da başlayacaq görüşü Rumıniyadan olan hakim idarə edəcəklər.
Xatırladaq ki, komandamız ilk turda Qazaxıstana 2:0 hesabıyla qalib gəlib.
AÇ-2023-ün seçmə mərhələsi
B Liqası, 2-ci qrup
25 mart
17:00. Bosniya və Herseqovina - Azərbaycan
Baş hakim: Ana Mariya Alexandra Tertelak (Rumıniya).
Baş hakimin köməkçiləri: Alexandra Apostu (Rumıniya), Ana Çobotaru (Moldova).
Dördüncü hakim: Elena Qobyila (Moldova).
Etno Selo Stanişiçi stadionu (Biyelina).