Millimiz Böyük Britaniyaya qarşı

Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan 2026-cı il Avropa çempionatının ilkin təsnifat turnirində bu gün növbəti oyununa çıxacaq.

Sportline.az xəbər verir ki,  Nasser Saliminin baş məşqçi olduğu komanda 2-ci görüşündə Böyük Britaniya ilə qarşılaşacaq. Bakı İdman Sarayında keçiriləcək matç saat 17:00-da başlayacaq.

Digər oyunda isə Malta Kiprlə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə Maltaya 34:25 hesabı ilə qalib gəlib, Böyük Britaniya isə Kiprlə heç-heçə edib - 25:25.