Millimiz Dünya çempionatına qatılacaq
Kişi həndbolçulardan ibarət Azərbaycan millisi inkişaf etməkdə olan ölkələrin 4-cü Dünya çempionatına qatılacaq.
AHF-dən Sportline.az-a verilən xəbərə görə, komandamız aprelin 25-dən 30-dək Bolqarıstanın Varna şəhərində keçiriləcək yarışda Bolqarıstan və Nigeriya seçmələri ilə eyni qrupda mübarizə aparacaq. Baş məşqçi Nasser Salimi və köməkçi məşqçi Rəşad Hüseynovun rəhbərliyi ilə “AHF Arena”da təlim məşq toplanışını başa vuran həndbolçularımız bu gün Bolqarıstana yola düşüblər. Qeyd edək ki, Varna sınaqlarında Azərbaycan, Bolqarıstan və Nigeriya milliləri ilə yanaşı Malta, Andorra, Hindistan , Kipr, Moldova, Avstraliya , Böyük Britaniya, Kuba, və Qvatemala komandaları da mübarizə aparacaq.
Püşkün nəticəsinə əsasən 12 komanda hərəsində üç kollektiv olmaqla 4 qrupa bölünüb. Qrup qalibləri yarımfinalda mübarizəni davam etdirəcəklər.