Millimiz Fransaya qarşı

19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının əsas seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.

Sportline.az xəbər verir ki, millimiz Bosniya Herseqovinada təşkil ediləcək qrup oyunlarında Fransa yığması ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qrupun digər matçında Yunanıstan və Bosniya və Herseqovina milliləri qarşılaşacaq.

22 mart.

20:00. Fransa – Azərbaycan
Hakimlər: Peter Nurse (İngiltərə), Martin Koster (Danimarka), Norbert Szilagyi (Macarıstan)

Şiroki Briyeq şəhəri, Pecara İdman zalı