Millimiz heç-heçə etdi

Tovuzda “Turan Tovuz” Futbol Akademiyasında təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

Sportline.az xəbər verir ki, “Turan Tovuz” komandası ilə oyun 2:2 hesabı ilə başa çatıb.

U-18-in qollarını Rüstəm Hümbərov və Rəşad Həsənov vurub.