Millimiz heç-heçəyə razılaşdı
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. SportLine.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, millimiz Bosniya və Herseqovinanın
Sarayevo şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində ilk matçına çıxıb.
Yığmamız Bosniya və Herseqovinanın U-17 yığması ilə görüşüb. Bu qarşılaşmada hesab açılmayıb – 0:0.
Qeyd edək ki, yığmamızın balkanlılarla daha bir görüşü nəzərdə tutulub.