Millimiz iki yoldaşlıq oyunu keçirəcək

Futzal üzrə Azərbaycan millisi iki beynəlxalq yoldaşlıq oyunu keçirəcək.

Bu barədə Sportline.az-a Azərbaycan Futzal Federasiyasından məlumat verilib.

Komanda yanvarın 22-si və 24-də Danimarka yığması ilə qarşılaşacaq.

Hər iki görüş Bakı İdman Sarayında keçiriləcək. Oyunların başlama saatı hələlik məlum deyil.