Millimiz Kiprə qarşı

Bakıda həndbol üzrə kişi komandalar arasında Avro-2026-nın ilkin seçmə turniri davam edir.

Sportline.az xəbər verir ki, Azərbaycan millisi bu gün sonuncu-3-cü turda Kipr millisi ilə qarşılaşacaq. Görüş saat 15:00-da başlayacaq.

Qrupun digər oyununda Böyük Britaniya və Malta komandaları üz-üzə gələcəklər. Bu oyun saat 12:45-də start götürəcək.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan millisi Maltanı üstələyib (34:25), Böyük Britaniyaya uduzub (22:39). Kipr isə maltalıları məğlub edib (47:26), britaniyalılarla bərabərə qalıb (25:25).