Millimiz məşqlərə başladı

Milli futbol komandamız İrlandiya və Serbiyaya qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə oyunlarının hazırlığına başlayıb.

Sportline.az xəbər verir ki, Mərdəkanda yerləşən təlim-məşq bazasında məskunlaşan milli hazırlıqlarını "Dalğa Arena"da keçəcək.

Legionerlərin komandaya sabah qoşulacağı bildirilir. 

Qeyd edək ki, Azərbaycan millisi İrlandiya ilə oktyabrın 9-da Bakıda, Serbiya ilə oktyabrın 12-də Belqradda üz-üzə gələcək.