Millimiz Misirdə qələbə qazandı

Kikboks millimiz Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş turnirin öhdəsindən layiqincə gəlib.

Sportline.az xəbər verir ki, yarış Misirdə eyni ölkənin idmançılarına qarşı keçirilib.

Misirə yollanan nümayəndə heyətinin tərkibində Milli Məclisin sədr müavini, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev, federasiyanın prezidenti Orxan Əliyev və 1-ci vitse prezdidenti Ramal Aslanov da yarışları yaxındna izləyib.

9 çəki dərəcəsində idmançılarımız misirili rəqiblərilə qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən turnirdə 48 kq çəki dərəcəsində Fatma Rəcəbzadə, 65 kq-da Esmira Məmmədova, 67 kq-da Arzuman Qədimov, 75 kq-da Qəşəm Məmmədov, 91 kq-da Bəhram Rəcəbzadə qələbə qazanıb.

Qeyd edək ki, bunadək Azərbaycanla yanaşı, Rusiya, Avstriya, Qırğızıstan, Cənubi Afrika Respublikası, Almaniya və digər ölkələrdə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş belə yarışlar keçirilib. Millimiz toplanışı baş məşqçi Elşən Abdulrəhimovun rəhbərliyi altında keçib.