Millimiz Qazaxıstana qarşı

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.

Sportline.az xəbər verir ki, yığmamız Bosniya və Herseqovinada keçirəcək oyunda Qazaxıstan yığması ilə qarşılaşacaq.Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Oyunu Belçikadan olan hakim idarə edəcək.

22 mart.

17:00. Azərbaycan - Qazaxıstan
Novi Gradski stadionu (Ugljevik)
Baş hakim: Viki De Cremer (Belçika)