Millimiz qələbə qazandı

Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq prosesi çərçivəsində yoxlama oyunu keçirib. 

Sportline.az xəbər verir ki, birinci divizion təmsilisi “Keşlə-2” komandası ilə qarşılaşan millimiz 2:0 hesablı ilə qələbə qazanıb. 

U-17-nin qollarını Murad Ələkbərov və Murad Məmmədov vurub.