Millimiz Serbiya seçməsinə məğlub oldu

Futzal üzrə Azərbaycan milli komandası bu gün Serbiya seçməsi ilə növbəti yoldaşlıq oyunu keçirib.

Sportline.az xəbər verir ki, qarşılaşmadan əvvəl “Ekonomaç” klubunun prezidenti və baş məşqçisi vaxtilə bu komandanın formasını geyinən millimizin üzvü Vitali Borisova xatirə hədiyyəsi təqdim edib.

Oyun rəqibin 7:5 hesablı qələbəsi ilə başa çatıb. Tyaqo Telesin dubl etdiyi görüşdə komandamızın digər qollarını İsa Atayev, Fineo de Araujo və Ramiz Çovdarov vurub.

Qeyd edək ki, bu komandalar arasında dünən keçirilən oyunda millimiz 2:1 hesabı ilə qələbə qazanıb.