Millimiz yarımfinalda uduzdu

Minifutbol üzrə U-23 millimiz Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatının yarımfinalında məğlub olub.

Sportline.az xəbər verir ki, milli Çexiyaya 1:4 hesabı ilə uduzub.

Komandamızın bürünc medal uğrunda görüşdəki rəqibi Slovakiya - Serbiya cütünün məğlubu olacaq.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl qrupda Çexiyaya 0:2 hesabı ilə uduzub. Rəcəb Fərəczadənin rəhbərlik etdiyi kollektiv 1/4 finalda İngiltərədən (3:0) güclü olub.

Milli qrupda Hindistan seçməsini 16 cavabsız qolla üstələsə də, Serbiyaya uduzub - 1:5.