Millimizdən ardıcıl 3-cü məğlubiyyət

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Avropa Qızıl Liqasında III turun oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Voleybol Mərkəzində keçirilən qarşılaşmada rəqib Finalandiya seçməsi olub. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 1:3 (17-25, 16-25, 25-19, 22-25). C qrupunun digər görüşündə Belarus İspaniyanı eyni hesabla udub.  

Bu, Azərbaycan komandasının ardıcıl 3-cü məğlubiyyəti olub. Daha əvvəl səfərdə Belarusa 2:3 hesabı ilə uduzan milli evdə İspaniyaya yenilib – 0:3. 

3 turdan sonra Belarus 8 xalla liderdir. İspaniya 6 xalla 2-ci, Finlandiya 3 xalla 3-cü pillədə yer alıb. 1 xala malik Azərbaycan millisi isə qrupda sonuncudur.