Millimizin Avstriya ilə oyununa hakim təyinatları

2024-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində Avstriya - Azərbaycan oyunu üçün hakim təyinatları açıqlanıb.

Sportline.az xəbər verir ki, matçı Polşa Futbol Federasiyasından Bartoş Frankovski idarə edəcək. Ona Marçin Boniek və Yakub Vinkler köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Damian Kos yerinə yetirəcək.

Qeyd edək ki, martın 24-də Linzdə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 23:45-də başlayacaq.

Banner