Millimizin baş məşqçisi: "Hədəfə doğru irəliləməliyik"
Azərbaycanın futzal millisinin baş məşqçisi Joze Alesio Özbəkistanla yoxlama matçından sonra açıqlama verib.
Sportline.az xəbər verir ki, braziliyalı mütəxəssis 4:3 hesablı qələbəni şərh edib:
“Oyuna daha yaxşı konsantrasiya olmuşduq. Çünki əvvəlki matçda çoxlu səhvlərə yol vermişdik. Bunu analiz edib, səhvlərimizdən nəticə çıxarmağa çalışdıq. Təbii ki, oyundan əvvəl söhbətimiz oldu. Oyunumuzla daha yaxşı hazırlaşdığımızı sübut etdik. Yekun heyətlə bağlı qərarımı sabah verəcəm. Buradakı futzalçılardan 12-si bizimlə Xorvatiyaya yollanacaq. Daha 2 oyunçu Osiek şəhərinə gələcək. Bizi çətin oyunlar gözləyir. Komandanın qarşısına konkret məqsəd qoyulub. Hədəfə doğru irəliləməliyik”.