Millimizin baş məşqçisi istefa verdi
15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası baş məşqçisiz qalıb.
Sportline.az xəbər verir ki, Fərrux İsmayılov millidən ayrılıb.
Noyabrın 22-28-i aralığında Qəbələdə təlim-məşq toplanışında olan U-15-in üzvləri ilə görüşən gənc mütəxəssis onlarla sonuncu dəfə bir yerdə olduğunu elan edib.
Yeniyetmələrdən ibarət millidən ayrılmasına baxmayaraq, Fərrux İsmayılov AFFA-nın Kütləvi Futbol Departamentinin rəisi postunda işini davam etdirəcək.