Millimizin daha 3 üzvü mübarizəyə qoşulur
Avstriyanın Linz şəhərində keçirilən Qran-Pri turnirinin ikinci yarış günü keçirilir.
Sportline.az xəbər verir ki, bu gün 2 çəki dərəcəsində 3 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.
Kişilər arasında -73 kq. çəkidə Rəşid Məmmədəliyev və Nurlan Osmanov, -81 kq. çəkidə Zelim Tçkayev tatamiyə çıxacaq. Rəşid Məmmədəliyev 1/32 finalda Daniel Seqado (İspaniya) ilə üz-üzə gələcək. Nurlan Osmanov 1/32 finalda Telmo Qomeşlə (Portuqaliya) üz-üzə gələcək. Zelim Tçkayev isə mübarizəyə 1/16 finaldan başlayacaq. O, mu raundda Leon Tsilikin (Avstriya) - Dominik Ressel (Almaniya) cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, ilk yarış günündə Kamran Süleymanov (66 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıb.