Millimizin futbolçusunun son durumu açıqlandı

Norveçə qarşı Avropa çempionatının seçmə oyununda zədələnmiş Azərbaycan millisinin futbolçusu Emil Mustafayevin durumuna aydınlıq gəlib.

Sportline.az xəbər verir ki, millinin baş məşqçisi Milan Obradoviç, ayağından xəsarət alan 20 yaşlı yarımmüdafiəçinin ən azı 10 gün yaşıl meydanlardan kənarda qalacağını bildirib.

Serbiyalı mütəxəssisin sözlərinə görə, yalnız bundan sonra futbolçunun zədəsinin ciddi olub-olmadığı dəqiqləşəcək.

Qeyd edək ki, Emil Mustafayev Norveçə 1:2 hesabı ilə uduzduqları matçın 87-ci dəqiqəsində zədələnib. Ukraynanın "Aleksandriya" komandasında çıxış edən oyunçu həmin vaxt Abdulla Rzayevlə əvəzlənib.