Millimizin oyunu canlı yayımlanacaq
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində bu gün “Dalğa Arena”da keçiriləcək Azərbaycan – İrlandiya oyunu canlı yayımlanacaq.
SportLine.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, saat 19:00-da başlayacaq matç "CBC Sport" telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.