Millimizin oyunu koronavirusa görə təxirə salındı

Kişi həndbolçulardan ibarət Azərbaycan millisinin Andorra ilə oyunu koronavirusa görə ləğv olunub.

Sportline.az xəbər verir ki, "IHF/EHF Trophy 2021” turnirində mübarizə aparan komandamız andorralılarla 5-ci yer uğrunda iki matç keçirməli idi. Amma rəqib komandanın bir oyunçusu koranavirusa yoluxub. Andorra millisi bu səbəbdən karantinə alınıb.

Təşkilatçılar isə turnirin reqlamentinə dəyişiklik etməli olub. Qərara alınıb ki, qruplarında sonuncu yeri tutan Azərbaycan və Andorra millilərinin iki matçdan ibarət 5-cilik dueli bir oyunla əvəz edilsin. 

Qeyd edək ki, Azərbaycan yığması qrupda Gürcüstana 16:36, Moldovaya 16:28 hesabı ilə uduzub.