Millimizin qapıçısına ağır cəza verildi
Azərbaycanın daha bir idmançısına dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib.
Sportline.az Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytına istinadən xəbər verir ki, bu, həndbolçu Səbinə Nuriyevadır. Azərbaycan millisinin və "Azəryol" klubunun qapıçısı 48 ay müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Cəza 2017-ci il oktyabrın 23-dən qüvvəyə minib.
33 yaşlı idmançıdan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit olunub. Onun orqanizmində boldenon və boldenon metaboliti aşkarlanıb.
Qeyd edək ki, Səbinə Nuriyeva "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub
("Report").