Millimizin üzvü 1 xala sevindi

Azərbaycan millisinin üzvü Anton Krivotsyuk Cənubi Koreyanın "Tecon Xana Sitizen" klubunda növbəti oyununa çıxıb.

Sportline.az xəbər verir ki, sözügedən komanda K1 Liqasının 2-ci turunda səfərdə "İnçeon"la qarşılaşıb. 6 qolun vurulduğu matçda qalib müəyyənləşməyib - 3:3.

Anton da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan müdafiəçi sona qədər meydanda qalıb. Milli üzvü 36-cı dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, "Tecon Xana Sitizen" iki turdan sonra 4 xalla 2-ci sıradadır.

Banner