Millimizin üzvü əməliyyat olundu

"Keşlə"nin futbolçusu Azər Salahlı Türkiyənin İstanbul şəhərində əməliyyat olunub.

Sportline.az xəbər verir ki, milli komandamızın da üzvü olan müdafiəçi Qol.az-a açıqlamasında qasıq nahiyəsindən edilən əməliyyatın uğurlu keçdiyini bildirib. 27 yaşlı futbolçu 3 həftəlik bərpa prosesinin olduğunu, komandaya qış təlim-məşq toplanışı zamanı qoşulacağını bildirib.

Qeyd edək ki, Azər Salahlı bu mövsüm "Keşlə"nin heyətində ümumilikdə 15 oyun keçirib və 2 qol ötürməsi ilə yadda qalıb.