Millimizin üzvü məğlubiyyəti kənardan izlədi

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Aue" klubu II Bundesliqada növbəti oyununu keçirib. 

Sportline.az xəbər verir ki, "Ertsgebirge" təmsilçisi 29-cu turda “Haydenhaym”ın qonağı olub.

Qarşılaşma Nazarovun komandasının 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. 

30 yaşlı hücumçu matçda iştirak etməyib və sonadək ehtiyat oyunçular skamyasında qalıb. 

Qeyd edək ki, "Aue" 38 xalla 8-ci, “Haydenhaym” isə 48 xalla 4-cü pillədə qərarlaşıb. Dmitri Nazarov 2014-cü ildən Azərbaycan millisinə dəvət alır.