Millimizin üzvü "Qarabağ"ı ziyarət etdi
Azərbaycan milli komandasının üzvü Eduardo Borges "Qarabağ"ın düşərgəsini ziyarət edib.
Sportline.az Fanat.az-a istinadən xəbər verir ki, bu ölkədə çıxış edən braziliyalı futzalçı Ağdam klubunun üzvlərinə dəstək nümayiş etdirib.
Belçika "Anderlext"ində top qovan milliləşdirilmiş oyunçu həmyerlisi Riçard Almeyda, həmçinin kolumbiyalı Kevin Medina ilə görüşüb.

2021-ci ilin yayından Belçika klublarında ("Halle-Qoyik", "Anderlext") çıxış edən Eduardo bu axşam baş tutacaq "Gent" - "Qarabağ" matçında təmsilçimizi dəstəkləyəcəyini bildirib.